"Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvili Türkiyə Superliqasında mübarizə aparan “Göztəpə” komandasına keçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İzmir təmsilçisi 26 yaşlı gürcüstanlı qolkiperi Yunanıstanın PAOK komandasından 1 illik icarəyə götürüb.
Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək "Qarabağ"da çıxış edib.