İyulun 15-də Misir Ərəb Respublikasının milli gününün 74-cü ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil olunub.

 

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, qəbulda əvvəlcə Misirin ölkəmizdəki səfiri Houssam-Eldine Reda çıxış edərək qonaqları salamlayıb.

Tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Nazir bildirib ki, Azərbaycan və Misir arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlıq uğurla inkişaf edir. O cümlədən gənclər və idman sahələrində də əməkdaşlığın artan dinamika ilə inkişaf etdiyini vurğulayıb.