Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyanın Qondomar şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirilib ki, yığma artıq yarışın keçiriləcəyi ölkəyə yollanıb.
Millinin heyətində Adil Əhmədzadə, Rüstəm Hacılı, Tunar Bağırov, Onur Quluzadə, Ruslan Kərimov, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Şəbnəm Mansurova, Xədicə Babazadə və Yağmur Məmmədli medal uğrunda mübarizə aparacaqlar.
İyulun 10-dan 19-dək davam edəcək çempionatda beynəlxalq dərəcəli hakim Zaur Mikayılov da ədalət təmsilçiləri arasında yer alacaq.