Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün avrokubokların 2026/2027-ci illər mövsümündə mübarizəyə start verəcək.
Ağdam klubu I təsnifat mərhələsinin ilk matçında İslandiyanın “Vestri” komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Görüşü moldovalı baş hakim Roman Jitari idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.