Azərbaycanlı döyüşçü Mirmehdi Miriyev Tailandın Puket adasında keçirilən muaytay üzrə "Patong Fight Night 2" turnirinin qalibi olub.
Gənclər və İdman Nazirliyindən bildirilib ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı final döyüşündə Avstraliya təmsilçisi Ceyms Veqarla üz-üzə gəlib.
Mirmehdi Miriyev rəqibini dördüncü raundda nokautla məğlub edərək turnirin çempionu adına yiyələnib. O, bu qələbə sayəsində çempionluq kəmərini də qazanıb.