İyulun 4-5-də Çexiyanın paytaxtı Praqada gənclər arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək.
Avropa Cüdo Birliyinin təşkil etdiyi turnirdə Azərbaycan 11 çəki dərəcəsində 21 idmançı ilə (14 oğlan, 7 qız) təmsil olunacaq.
Yığmaya oğlanlardan ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qızlardan ibarət komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.
Turnirdə ümumilikdə 33 ölkədən 470 cüdoçu (299 oğlan, 171 qız) mübarizə aparacaq.
Azərbaycan millisinin heyəti:
Oğlanlar
-60 kq
Ayxan Mirzəzadə
-66 kq
Məhəmməd Musayev
-73 kq
Mehdi Cəfərov
Əbil Yusubov
Səlim Sultanov
-81 kq
Cəsur İbadlı
Mehdi Abbasov
Roman Qarayev
-90 kq
Əli Qazıməmmədov
Süleyman Şükürov
Murad Allahverdiyev
-100 kq
Davud Namazlı
Canpolad Əliyev
+100 kq
Ramazan Əhmədov
Qızlar
-48 kq
Nərgiz Əhmədov
-52 kq
Nuranə Hacızadə
Fəridə Mirzəyeva
-57 kq
Xədicə Qədəşova
Aytən Verdiyeva
Vüsalə Hacıyeva
-63 kq
Nilgün Rzayeva