Futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir iştirakçısı bəlli olub.
1/16 finalda Xorvatiya millisinə 2:1 hesabı ilə qalib gələn Portuqaliya yığması növbəti raunda vəsiqə qazanıb.
Matçda hesabı 53-cü dəqiqədə xorvatiyalılar açıblar. İvan Perişiç fərqlənib. 68-ci dəqiqədə Portuqaliya seçməsinin kapitanı Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirərək oyunda tarazlığı bərpa edib. Qələbə qoluna isə 90+4-cü dəqiqədə Qonsalu Ramuş imza atıb.
Beləliklə, Portuqaliya millisi 1/8 finalda İspaniya yığmasına rəqib olub.
Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları 1/8 finala yüksəliblər.