Kanada milli futbol komandası evdə keçirilən dünya çempionatının ilk oyununda Bosniya və Herseqovina yığması ilə heç-heçə edib.

 

Toronto şəhərində keçirilən B qrupunun görüşü 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı 21-ci dəqiqədə Bosniya və Herseqovina millisinin futbolçusu Yovo Lukiç açıb. Kanada yığmasının bərabərlik qolunu isə 78-ci dəqiqədə Kayl Larin vurub.

Bu nəticə Kanada millisi üçün tarixi əhəmiyyət daşıyır. Komanda dünya çempionatları tarixində ilk dəfə xal qazanıb. Onlar bundan əvvəl mundiallarda keçirdikləri altı oyunun hamısında məğlub olmuşdular.

Komanda daha əvvəl 1986 və 2022-ci illərdə keçirilən turnirlərdə iştirak edib.

Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq.