Argentina millisinin kapitanı və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi İspaniyanın ən nüfuzlu beynəlxalq mükafatlarından biri olan 2026-cı il üzrə Asturiya Şahzadəsi İdman Mükafatına layiq görülüb.

 

Qərar münsiflər heyətinin Oviedoda keçirilən iclasında qəbul olunub.

Mükafatın Messiyə verilməsinə səbəb onun uğurlu idman karyerası ilə yanaşı, aztəminatlı uşaqlara kömək məqsədilə həyata keçirdiyi xeyriyyə fəaliyyəti olub.

Münsiflər heyəti 38 yaşlı hücumçunun meydandakı uğurları, kollektiv oyuna sadiqliyi, təvazökarlığı və nümunəvi davranışı ilə seçildiyini vurğulayıb.

Qeyd edək ki, karyerası ərzində 47 titul qazanan Lionel Messi futbol tarixinin ən çox kubok əldə edən oyunçusu hesab olunur.