Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununu keçirəcək.

 

Elşad Quliyevin başçılıq etdiyi komanda 1/8 finalda Qazaxıstan seçməsi ilə qarşılaşacaq. "Tipos Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə üz-üzə gələcək.