Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Motor” klubundan ayrılır.

 

Bu barədə Lublin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı hücumçu ilə iyunun 30-da başa çatacaq müqavilənin müddəti uzadılmayacaq.

Qeyd edək ki, “Motor” klubuna ötən ilin iyul ayında qoşulan Renat Dadaşov bu komandanın heyətində 22 oyun keçirib.