"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada təşkil olunan Dünya Seriyasında bu gün növbəti oyununu keçirəcək.

 

Azərbaycan təmsilçisi 1/4 finalda Monqolustan millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 12:15-də start götürəcək.

Qeyd edək ki, "Neftçi" B qrupunda Polşa və Çin yığmalarını məğlub edərək 1/4 finala yüksəlib.