Basketbol üzrə Avroliqada pley-off mərhələsinin oyunları keçirilir.
İdmantv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos” seriyanın üçüncü matçında Fransanın “Monako” klubu ilə qarşılaşıb. Matç yunanların 105:82 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, seriyada 3:0 hesablı üstünlük əldə edən “Olimpiakos” yarımfinala vəsiqə qazanıb.
İsrailin “Hapole Tel Əviv” komandası isə İspaniyanın “Real Madrid” kollektivini 76:69 hesabı ilə məğlub edərək seriyada 2:1 önə keçib.