Bu gün Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qadın güləşçilər mübarizəyə başlayıblar.
55 kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Gültəkin Şirinova yarımfinalda moldovalı Mihaela Samoli qarşılaşıb.
Gərgin və maraqlı keçən görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Günay Qurbanova isə (59 kiloqram) rumıniyalı Ana Mariya Puyunu üstələyərək həlledici raunda vəsiqə qazanıb.