Bu il Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının tarixi dəyişdirilib.

 

Beynəlxalq Çövkən Federasiyasından bildirilib ki, yarış iyunun 7-14-də Binə Atçılıq Mərkəzində təşkil olunacaq.

Daha əvvəl turnirin iyunun 1-14-də keçiriləcəyi qeyd edilmişdi.

Mundialda ümumilikdə 10 komandanın iştirakı gözlənilir. Bir komanda isə Beynəlxalq Çövkən Federasiyasının xüsusi dəvəti ilə turnirə qatılacaq.

Xatırladaq ki, bu, Azərbaycanda çövkən üzrə təşkil ediləcək 2-ci dünya çempionatı olacaq. Ölkəmiz bu yarışa daha əvvəl 2024-cü ildə ev sahibliyi edib.