Argentina millisinin və ABŞ-ın “İnter Mayami” komandasının futbolçusu Lionel Messinin Mar-del-Plata şəhərindəki heykəli vandalizmə məruz qalıb.
Naməlum şəxslər ulduz futbolçunun heykəlini iki yerə bölüblər. Daha əvvəl vandallar tərəfindən heykəlin başı qırılmışdı.
Heykəl 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında Argentina milli komandasının qələbəsini xatırladır.