"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nümayəndə heyəti Portuqaliyanın aparıcı televiziya kanallarından biri olan “Sociedade Independente de Comunicação"da olub

 

Görüş çərçivəsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov və telekanalın rəhbər heyəti arasında yayım siyasəti, kontent istehsalı, xəbərlərin redaktə, emal strategiyası və proqramların təşkili modeli, həmçinin sosial media ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda AzTV heyəti “SIC”in yayım otaqları, studiyaları ilə də tanış olub.