"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 12 tribunadan 9-nun biletləri satılıb.

 

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Tikinti işləri də, demək olar ki, yekunlaşıb.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.