Milli Basketbol Assosiasiyasında (NBA) final seriyasının daha bir oyunu keçirilib.

 

"İndiana" və "Oklahoma" komandaları üçüncü dəfə üz-üzə gəliblər.

Rəqibini 116:107 hesabı ilə üstələyən "İndiana" həlledici mərhələdə önə keçib - 2:1.

Qeyd edək ki, tərəflər arasındakı dördüncü qarşılaşma iyunun 14-də, Bakı vaxtı ilə saat 04:30-da start götürəcək.