Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

 

Sənədə əsasən, Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb.

Xatırladaq ki, Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edib.