"İdman TV" sosial media sahəsində daha bir uğura imza atıb.

 

Belə ki, “YouTube” şirkəti "İdman TV" kanalını 100 min abunəyə çatdığı üçün gümüş plaketlə mükafatlandırıb.


Qeyd edək ki, "İdman TV" adı ilə fəaliyyət göstərən kanal bir neçə gün öncə 100 min abunəyə çatıb. Hazırda izləyicilərinin sayı 134 mini ötən kanalın Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən də geniş izləyici kütləsi var.

Bizi izləyən hər kəsə təşəkkür edirik!