Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

 

Milli Gimnastika Arenasında təşkil olunan günün ikinci matçında Türkiyə və Macarıstan komandaları üz-üzə gəliblər.

C qrupunun qarşılaşması heç-heçə yekunlaşıb - 1:1.

Qeyd edək ki, bu gün daha altı qarşılaşma baş tutacaq. İlk matçda Fransa yığması Çadı minimal hesabla üstələyib - 1:0.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.