Mayın 21-dən iyunun 1-dək Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatına həsr olunan “Legend Cup” keçiriləcək.

 

Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında matç təşkil ediləcək.

“Neftçi 2000-lər” və “Premyerliqa məşqçiləri” arasında oynanılacaq “Legends Cup” mayın 19-da Milli Gimnastika Arenasında gerçəkləşəcək.

Qarşılaşma saat 20:00 da başlayacaq.