Növbəti mövsümdən etibarən qadın voleybolçuların Yüksək Liqasında yeni yaradılan "DH Volley Baku" klubu iştirak edəcək.

 

Bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Aprelin 29-da klubun təqdimatı və ilk transferlərin imza mərasimi məqsədilə mətbuat konfransı keçiriləcək.

Mərasimdə klubun prezidenti, təşkilat komitəsinin üzvləri, komandanın meneceri, baş məşqçisi, köməkçi məşqçilər və müqavilə bağlanacaq oyunçular iştirak edəcəklər.