Bu barədə qurumun Hesabat Konfransında məlumat verilib.

 

AFFA-nın 2024-cü ildəki xərcləri müəyyənləşib.

Bu barədə qurumun Hesabat Konfransında məlumat verilib.

Milli assosiasiyanın ümumi xərcləri 33 milyon 438 min 355 manat təşkil edib.

Milli komandalara 15 milyon 708 min 658 manat, əməkhaqqı və ezamiyyəyə 6 milyon 100 min manat, qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkilinə, Region Liqası və digər turnirlərin keçirilməsinə 1 milyon 566 min 429 manat, Hakimlər və Hakim-İnspektorlara 4 milyon 139 min 618 manat, təsərrüfat xərclərinə 486 min 712 manat, oyunların təşkilinə 1 milyon 703 min 677 manat, aviabilet və hotel xərclərinə 135 min 714 manat, nəqliyyat xərclərinə 469 min 785 manat, kommunal və rabitə xərclərinə 178 min 961 manat, təhsilə 149 min 529 manat, Marketinq və Sponsorluq Departamentinə 246 min 929 manat, “Elit Məşq” Layihəsinə 256 min 93 manat, VAR layihəsinin tətbiq olunmasına 791 min 515 manat, digər xərclərə 256 min 186 manat sərf olunub.

AFFA-nın xərclər bölgüsündə yeni investisiyalar və infrastruktura aid xərclər nəzərdə tutulmayıb. Klubların UEFA Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim inspektorların qarşılanması xərcləri də həmin məbləğə daxildir.