Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli təyinat alıb.

 

O, Avropa çempionatının əsas mərhələsində 8-ci qrupda keçiriləcək İsveçrə - İngiltərə oyununda hakimlərin işini qiymətləndirəcək.

Qarşılaşma aprelin 15-də Yverdon şəhərində baş tutacaq.