Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turdan təxirə salınan “Xilasedici” - “Azərreyl” görüşü bu gün keçiriləcək.

 

Fövqaladə Hallar Nazirliyinin idman zalında baş tutacaq matçın start fiti saat 16:00-da səsləndiriləcək.

Qeyd edək ki, "Azərreyl" hazırda turnir cədvəlində 36 xalla ikinci pillədə qərarlaşıb. Üçüncü yerdə olan "Xilasedici"nin isə 35 xalı var.