Tailandın baş naziri Petonqtarn Çinavat “Formula 1”in baş direktoru Stefano Domenikali ilə ölkədə dünya çempionatının keçirilməsinin mümkünlüyü ilə bağlı danışıqlar aparıb.

 

Hökumət rəsmisi bildirib ki, görüş Tailandın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək potensialını nümayiş etdirib.

Hökumət bu məqsədə nail olmaq üçün "Formula 1" rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə hazırdır.

“Hər iki tərəf uyğun şəhərin seçilməsi, investisiya və layihənin ümumi məqsədəuyğunluğu da daxil olmaqla, “Formula 1” tədbirinin keçirilməsi imkanlarını araşdırmaq üçün birgə işi davam etdirmək barədə razılığa gəlib”, - nümayəndə əlavə edib.

Qeyd edilib ki, layihə təsdiq olunarsa, yarış 2027-ci ildə keçiriləcək.