Azərbaycan cüdoçuları Çexiyanın Nimburk şəhərində təlim-məşq toplanışına qatılıblar.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığmanın 19 üzvü hazırlıq prosesində iştirak edir.
Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkil etdiyi düşərgəyə 36 ölkədən 824 idmançı qatılıb.