Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyaları (CONCACAF) Çempionlar Liqasının oyunundan sonra ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messidən forma istəyən hakim Marko Antonio Ortis Navanı cəzalandırıb.

 

Bu barədə CONCACAF-ın mətbuat xidməti məlumat yayıb.

38 yaşlı referi ABŞ-nin digər təmsilçisi "Sportinq Kanzas Siti" ilə matçın ardından Messiyə yaxınlaşıb.

Qurum hadisədən xəbərdar olduqlarını vurğulayıb:

"Hakimin hərəkəti ədalət təmsilçilərinin davranış kodeksinə uyğun gəlmir. O, səhvini etiraf edib, üzr istəyib və tətbiq olunan intizam tədbirlərini qəbul edib".

Qeyd edək ki, qarşılaşma "İnter Mayami"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu Messi vurub. Cavab matçı fevralın 26-da Mayamidə baş tutuacaq.