"Formula 1" üzrə dördqat dünya çempionu, "Red Bull" komandasının pilotu Maks Ferstappen yeni şəxsi təyyarə alıb.
Bu barədə “Daily Express” məlumat yayıb.
Ferstappen "Dassault Falcon 8X" biznes-jeti alıb. O, son beş ildə "Dassault Falcon 900EX" təyyarəsindən istifadə edirdi. Ferstappen ilk şəxsi təyyarəsini 2020-ci ildə milyarder Riçard Bransondan təxminən 12 milyon avroya alıb.
Qeyd edək ki, niderlandlı pilotun yeni təyyarəsi 2022-ci il istehsalıdır. Ferstappenin buna görə 42 milyon dollar xərcə düşdüyü bildirilir.