Beynəlxalq Cüdo Federasiyası həm kişilər, həm də qadınlar arasında dünya sıralamasında liderlərin topladığı xalları əks etdirən siyahı hazırlayıb.
Olimpiya çempionu Hidayət Heydərov topladığı reytinq xallarının sayına görə dünya üçüncüsü olub. Heydərovun aktivində 8004 xal var. Bu, kişilər arasında ən yüksək göstəricidir və o, yalnız qadın cüdoçular - kanadalı Krista Dequci və xorvatiyalı Barbara Matiçdən geri qalır. Digər olimpiya çempionumuz Zelim Kotsoyev isə 6812 xalla yeddincidir. O, beşqat olimpiya çempionu fransalı Teddi Rineri qabaqlayır.