Şahmatçılarımız dünya çempionatında mübarizəyə başladı

27 Dekabr, 11:03 Sosial mediada paylaşın:
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində şahmat üzrə rapid və blits növlərində dünya çempionatı başlayıb.
Mundialın ilk günündə rapid növündə beş tur oynanılıb. Kişilərin yarışında Azərbaycan şahmatçıları arasında ən çox xal toplayanlar Şəhriyar Məmmədyarovla Vasif Durarbəyli olub. Onların hərəyə 3 xal yarım toplayaraq, müvafiq olaraq, 17-ci və 24-cü yerdə qərarlaşıblar. Komanda yoldaşlarından yarım xal az toplayan Eltac Səfərli isə 48-cidir. Qadınların yarışında isə rapiddə 4 tur oynanılıb. Günay Məmmədzadə uğurlu start götürərək 3,5 xalla 2-6-cı yerləri bölüşür. O, lider Elis Lidən yarım xal geri qalır. Qeyd edək ki, dünya çempionatına 300-ə yaxın şahmatçı qatılıb. Mundialda ölkəmizi 8 kişi və 7 qadın şahmatçı təmsil edir. Dünya çempionatının ümumi mükafat fondu 1,5 milyon dollar təşkil edir.

CANLI YAYIM