Dinq Lirenlə Qukeş Dommaraccu yenə də heç-heçəyə razılaşdı

12 Dekabr, 12:00 Sosial mediada paylaşın:
Sinqapurda Dünya Şahmat Tacı uğrunda seriya sona yaxınlaşır.
  Hazırkı dünya çempionu Dinq Lirenlə 18 yaşlı hindistanlı qrossmeyster Qukeş Dommaraccu arasında 13-cü görüşdə şahmat həvəskarları lövhədə maraqlı mübarizənin şahidi olub. Ağ fiqurlarla oynayan Qukeş debütdə rəqibinə fransız müdafiəsi təklif edib. Vilyam Steynits variantı ilə oynayan Dommaraccu 8-ci gedişdə üslubu dəyişmək qərartına gəlib.  Bu da Lireni xeyli düşünməyə məcbur edib. Amma əla müdafiə olunan çinli şahmatçı Qukeşin üstünlüyü ələ almasına imkan verməyib. Bəzi gedişlərdə hindistanlı qrossmeyster də yanlış qərarlar qəbul edibss. 25-ci gedişdən etibarən Dommaraccu fiqurları dəyişmək qərarına gələrək təzyiqi azaldıb. Sona yaxın gənc şahmatçı yenidən üstünlüyü ələ alsa da, bundan yararlana bilməyib. Nəticədə 69-cu gedişdə tərəflər heç-heçəyə razılaşıb. Beləliklə də, 13 oyundan sonra hesab 6,yarım: 6 yarımdır. Bu gün şahmatçılar sonuncu dəfə klassik üslubda oyunda üz-üzə gələcək. Qalib müəyyənləşməsə, sabah tay-brekə müraciət olunacaq.

CANLI YAYIM