İtaliya çempionatının 14-cü turunda “Roma” “Atalanta”nı qəbul edib.
İlk bölümdə qapılara qol vurulmayıb. Oyunda hesab 69-cu dəqiqədə açılıb. Marten De Run Berqamo təmsilçisini önə keçirib. Oyunun sonunda qonaqlar daha bir qol vurublar. Bu dəfə Nikolo Zaniolo diqqət mərkəzinə düşüb. Oyunda yadda qalan başqa hadisə olmayıb və görüş “Atalanta”nın 2:0 hesablı qələbəsilə yekunlaşıb. Xallarının sayını 31-ə yüksəldən Berqamo klubu 2-ci pilləyə yüksəlib. Ardıcıl 4-cü məğlubiyyəti ilə üzləşən “Roma”nın hesabında isə 13 xal var. Paytaxt klubu 15-ci yerdədir. İtaliya A seriyasına 32 xalla “Napoli” başçılıq edir.