İspaniya La Liqasında son 3 oyunda 2 dəfə məğlub olan, bir dəfə isə heç-heçə edən “Barselona” nəhayət uğursuzb seriyaya son qoyub.
Katalonoya təmsilçisi səfərdə Malyorka”ya böyük hesabla qalib gəlib. Qonaqların ilk təhlükəli hücumu qolla nəticələnib. Müdafiəçilərin obud səhvindən istifadə edən edən Ferran Torres hesabı açıb. Fasilə ərəfsində Vedat Muriqi bərabərliyi təmin edib. İkinci yarıda isə “Barselona” tamamilə üstünlüyü ələ alıb və 56-cı dəqiqədə Rafinyanın penaltidən vurduğu qolla hesabda önə keçib. Bir qədər sonra Rafinya yenidən diqqət mərkəzinə düşüb. 5 dəqiqə sonra Frenki de Yonq fərqlənib. Qarşılaşmada son nöqtəni isə Pau Viktor qoyub. Beləliklə 5-1 hesabı ilə qalib gələn “Barselona” xallarının sayını 37 çatdırıb və ilk pillədəki yerini möhkəmlədib. Komanda ən yaxın izləyicisi Real” Madridi 4 xal qabaqlayır. Əlavə edək ki, kral klubu rəqibinə nisbətən iki oyun az keçirib.