UEFA Millətlər liqası B divizionunda mübarizə aparan Türkiyə seçməsi son qrup matçında səfərdə Monteneqro millisi ilə qarşılaşacaq. Ay-ulduzlu komanda 11 xalla 4-cü qrupda liderdir. Hələ də xal hesabını aça bilməyən Monteneqro millisi isə autsayderdir. Türkiyə millisi bu oyunda qalib gələcəyi təqdirdə qrup lideri kimi A divizionuna yüksələcək. Əgər xallar itirilsə hər şey Uels-İslandiya matçının nəticəsindən asılı olacaq. Komandanın çalışdırıcısı Vinçenzo Montella mətbuat konfransında oyuna hazırlıq, futbolçuların vəziyyəti və gələcək hədəfləri barəsində danışıb: “Baş məşqçiliyi bir növ qalxan kimi düşünün. Sizin vəzifəniz komandaya olan bütün tənqidləri öz üzərinizə götürüb bunu futbolçulara hiss etdirməməkdir. Uğuru yaşamaq və sevinməyi sabahkı oyundan sonraya saxlamışam. Bütün diqqətimiz bu matçadır. Bir neçə ay fasiləmiz olacaq və bundan sonra oyunçu seçiminə daha böyük önəm verməliyik. Gələcəyə dair böyük hədəflərimiz var. İnanıram ki zamanla məqsədimizə çatacağıq. Futbolçularımızın klublarında daha çox oynamasını istəyirəm. Arda kimi oyunçu ehtiyyatda qaldıqca optimalformasından uzaq qalır. Bu da bizim oyunumuza təsir edir.
Qeyd edək ki, Türkiyə-Monteneqro matçı bu gün saat 22:45-də başlanacaq. Podqoriça şəhərində keçirilən oyunu isveçrəli Urs Şnayder idarə edəcək.