Azərbaycanda səfərdə olan tanınmış türkiyəli məşqçi Fatih Terim, "Qalatasaray"ın idarə heyətinin üzvləri İbrahim Hatipoğlu və Emin İmanov "Qarabağ" klubunun bazasını ziyarət edib. Qonaqlar ilk olaraq komandanın məşqini izləyib və baş məşqçisi Qurban Qurbanovla görüşüb. Ağdam təmsilçisinin baş direktoru Emrah Çelikel Fatih Terimə və digər qonaqlara klubun adından xüsusi hədiyyə təqdim edib.