UEFA Mİllətlər Liqasında mübarizə aparan yığmamız sabah Estoniya seçməsi ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmadan öncə millimiziin baş məşqçi Fernandu Santuş mətbuat konfransında jurnalistlrin suallarını cavablandırıb. Portuqaliyalı mütəxəssis komandanın durumunu dəyərləndirib. Bildirib ki, sabahkı matçda futbolçuları ilk qələbəmizi qazanmaq üçün var qüvvələri ilə çalışacaq: "Azərbaycan millisinin heç vaxt əldə etmədiyi uğurları qazanmağı planlaşdırmışam. Milliyə təzə gəlmişəm. Oyunçularla bağlı verilən qərarlar yalnız mənə məxsusdur. Komandamız Estoniya ilə oyuna yaxşı hazırlaşıb”.
Qeyd edək ki, Azərbaycan milli komandası C Liqasının I qrupunda keçiriləcək Azərbaycan- Estoniya matçı saat 18:00-da başlanacaq.