BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasına dünyanın idman sahəsində tanınmış simaları da qatılır.
“Qarabağ” klubunun təşəbbüsü ilə məşhur türkiyəli baş məşqçi Fatih Terim Bakıya gələcək. O, COP29 çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.