Dünyanın aparıcı klubları "Qarabağ"ın COP-29-la çağırışını qəbul etdi

14 Noyabr, 11:30 Sosial mediada paylaşın:
"Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizə alyansı yaradılacaq.
Alyansda komandamızla yanaşı 10 klub yer alacaq. Klubumuzun dəvəti ilə Bakıya "Liverpul", "Tottenhem", "Atletiko Madrid", "Real Betis", "Fənərbağça", "Qalatasaray", "Udineze", "Porto", "Flamenqo" və "Malmö" təşrif buyuracaq. İqlim dəyişikliyi məsələlərinə daim həssaslıqla yanaşan bu klublar alyansın yaradılması barədə sənədə imza atacaqlar. Tədbir noyabrın 16-1 COP29-un təşkil olunduğu Bakı Olimpiya Stadionunun Mavi zonasının Nəsimi zalında keçiriləcək.

CANLI YAYIM