FIFA prezidenti Bakıda keçirilən COP-29-la bağlı paylaşım edib

14 Noyabr, 11:12 Sosial mediada paylaşın:
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası davam edir.
FIFA prezidenti Canni İnfantino COP29-la bağlı şəxsi instaqram hesabında paylaşım edib. O, Qlobal iqlim problemlərini həll etmək üçün dünya liderlərinin toplaşdığı tədbirə dəvət almağın şərəfli olduğunu yazıb. FIFA prezidenti mərasimdə planetin, həmçinin futbolun gələcəyini Azərbaycan Prezidenti İlham Əliyevlə, eləcə də bir çox dövlət başçısı və hökümət nümayəndəsi ilə müzakirə etdiyini bildirib. FIFA beynəlxalq təşkilat olaraq, ətraf mühit və iqlimin qorunmasına ciddi yanaşır. Buradakı tədbirdə iştirak edən hər kəsin ümimi məqsədi var ki, bundan məmnun oldum: uşaqlarımız və onların gələcəyi. FIFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm", deyə - ali futbol qurumunun rəhbəri vurğulayıb.

CANLI YAYIM