UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün növbəti oyununa çıxır. Komandamız Norveçdə yerli “Bodo Qlimt”lə qarşılaşaşcaq. Qarşılaşmadan əvvəl ənənəvi mətbuat konfransında baş məşqçilər oyunla bağlı fikirlərini bildiriblər.
Qurban Qurbanov, "Qarabağ"ın baş məşqçisi: ""Budo Qlimt" son vaxtlar qarşılaşdığımız ən intizamlı kollektivlərdən biridir. Rəqib komandanın heyətində meydana çıxacaq futbolçuların, demək olar ki, hər biri norveçlidir. Ümumiyyətlə, göstərdikləri nəticələrə görə son vaxtlar Norveç futbolunun yüksəlişdə olduğunu deyə bilərik. Bu komandanın özünə xas oyun üslubu var. Sabahkı matçda çox diqqətli olmalıyıq. Rəqibin üstün cəhətləri çoxdur. İnanıram ki, futbolçularımız meydanda əllərindən gələnin ən yaxşısını edəcəklər".
Kyetil Knutsen, "Budo Qlimt"in baş məşqçisi: "Azarkeşlər asan matç olacağını düçünsələr də, bu, belə deyil. "Molde" ilə oyundan sonra daxili müzakirələr aparmışıq. Oradan müsbət tərəfləri özümüz üçün müəyyən etmişik. Amma "Qarabağ" başqa rəqibdir. Rəqibi yaxşı tanıyırıq. Avropada rəqibi qiymətləndirməmək olmaz. Komandaya inanmaq lazımdır. Əgər biz yaxşı oyunumuzu göstərə bilsək, Avropadakı çətin görüşlərdə belə uğur qazana bilərik".
Qeyd edək ki, Bodo şəhərinin “Asprima” arenasında keçiriləcək “Bodo Qlimt”- “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Qarşılaşmanı portuqaliyalı Luiş Qodinyunun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.