Roma klubları turu qələbə ilə başa vurdu

1 Noyabr, 12:30 Sosial mediada paylaşın:
İtaliya çempionatının 10-cu turunda “Roma” azarkeşləri önündə “Torino” ilə qarşılaşıb. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsilə yekunlaşıb. Yeganə qolu 20-ci dəqiqədə Paulu Dibala vurub. Bu qələbə ilə xal ehtiyatını 13-ə yüksəldən “Roma” 10-cu pilləyə yüksəlib. 1 xal irəlidə olan “Torino” 9-cudur.
Digər paytaxt klubu “Latsio” isə Komo səfərində böyükhesablı qələbə qazanıb. 28-ci dəqiqədə Tati Kastelyanos hesabı açıb. Az sonra Pedro fərqi artırıb. 2-ci yarıda hücumlarını güclənirən meydan sahibləri Luka Mazitellinin qolu ilə fərqi azaldıblar. 71-ci dəqiqədə Patrik “Latsio”nun üstünlüyünü artırıb. 10 dəqiqə sonra Kastelyanos özünün 2-ci,, komandasının 4-cü qolunu vurub. Yekun nəticəni isə “Latsio”nun hücumçusu Lum Çauna müəyyənləşdirib: “Komo” – “Latsio” 1:5 Roma təmsilçisi 19 xalla 5-ci pillədə qərarlaşıb. “Komo”nun hesabında isə 9 xal var. İtaliya A seriyasına 25 xalla “Napoli” başçılıq edir.

CANLI YAYIM