İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsi başa çatıb. Erik Teen Haqqın istefasından sonra “Mançester Yunayted” çıxdığı ilk qarşılaşmada böyükhesablı qələbə qazanıb. Mankunyanlar müvəqqəti baş məşqçi Ruud Van Nisteltoryun rəhbərliyi ilə “Lester”i darmadağın edib. Hesabı 15-ci dəqiqədə baxımlı qol vuran Kazemiro açıb. Ardınca məhsuldar ötürmə müəllifi olan Alexandro Qarnaço özü də topu qapıdan keçirib. Fasiləyə kimi “Lester”in heyətində Bilal El Xanus və Conor Noadi qol vuesa da bu yalnız təsəlli olub. Buruno Fernandeş və dubl edən Kazemiro 1-ci hissədə meydan sahiblərini 4:2 hesablı üstünlük qazandırıblar. Fasilədən sonra isə Bruno Fernandeş də dubl etməklə yekun nəticəni müəyyənləşdirib: “Mançester Yunyted” – “Lester” 5:2.
Mankunyanların 1/4 finalda rəqibi “Tottenmhem” olacaq. London klubu 1/8 finada Mançester şəhərinin digər təmsilçisi “Siti”ni mübarizədən kənarlaşdırıb. Timo Verner və Pape Saar “Tottenhem”in qollarını vurub. Qonalqarda isə Mateuş Nuneş fəqrlənib. Beləliklə 2:1 hesablı qələbə qazanan “Tottenhem” mərhələ adlayıb.
3 gün əvvəl Premyer Liqada “Çelsi”yə uduzan “Nyukasl” bu dəfə rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Aleksandr İsaakın hesabı açdığı qarşılaşmada Aksel Disasi avtqollla yadda qalıb. “Nyukasl”ın ¼ finalda rəqibi “Brentford” olacaq.
”Arsenal” aşağı liqa təmsilçisi “Preston”u səfərdə 3:0 hesabı ilə məğlub edib. Qonalqarın heyıətindıə Qabriel Jesus, İtan Nvanyeri və Kay Haverts fərqlənib. “Arsenal” 1/4 finalda “Aston Villa”nı mübarizədən kənarlaşdırıan “Kristal Pelas”la qarşılaşacaq.
“Liverpul” isə səfərdə “Brayton”a 3:2 hesabı ilə qalib gəlib. Mersisaydlıların heyətində Kodi Qakpo 2, Luis Dias 1 qol vurub. “Brayton”dan isə Simon Adinqra və Tarik Lempti fərqlənib. “Liverpul” 1/4 finalda “Sauthempton”la üz-üzə gələcək. Bu mərhələnin görüşləri dekabrın 17-də keçiriləcək.