"Neftçi" yenə qalib gələ bilmədi, lider heç-heçə etdi

16 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
Misli Premyer Liqasında 6-cı tur yekunlaşıb.
Mövsümə uğursuz start verən “Neftçi” “Zirə”nin qonağı olub. “Ağ-qaralar” bu dəfə də azarkeşlərini sevindirə bilməyib. Artıq 1-ci dəqiqədə Salifu Suma “Zirə”yə üstünlük qazandırıb. İlk hissə minimal hesabla bitib. Saatın tamamında Rafael Utsiq 2-ci topu “Neftçi”nin qapısından keçirərək yekun nəticəni müəyyənləşdirib. Beləliklə yeni mövsümdə qələbə qazana bilməyən “Ağ-qaralar” 6-cı oyunda 2-ci dəfə uduzub.
Lider “Turan Tovuz” isə səfərdə “Sabah”la qarşılaşıb. Bu görüşdə də erkən qol vurulub. Cesse Sekidika meydan sahiblərinə üstünlük qazandırıb. 35-ci dəqiqədə tarazlıq bərpa olunub. Roderik Miller hesabı bərabərləşdirib. 1-ci hissə heç-heçə bitib - 1:1. Fasilədən sonra “Sabah” yenidən irəli keçib. Sekidika 2-ci hissə başlayan kimi dubl edib. Amma Krunoslav Renduliçin komandası bu dəfə də hesabı qoruya bilməyib. 76-cı dəqiqədə Ayxan Hüseynov mübarizəyə nöqtə qoyub: “Sabah” – “Turan Tovuz” 2:2. Qurban Berdıyevin komandası xallarının 14-ə çatdıraraq zirvədə qalıb. 1 oyun az keçirən “Qarabağ” 12 xalla 2-cidir. “Sabah” 11 xalla ilk 3-lüyü tamamlayır.

CANLI YAYIM