"Qarabağ"ın rəqibi sabiq futbolçusunu geri qaytardı

18 Sentyabr, 12:10 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibi olacaq “Ayaks” heyətini yeni futbolçu ilə gücləndirib.
Amsterdam klubu ötən mövsüm “İnter”də çıxış edən sabiq yarımmüdafiəçisi Devi Klassenlə 1 il müddətinə müqavilə imzalayıb. Qeyd edək ki, Klassen 2011-17-ci və və 2020-23-cü illərdə Niderland təmsilçisinin heyətində çıxış edib. O, ümumilikdə “Ayaks”ın heyətində 219 oyunda 73 qol vurub.  Niderland millisinin üzvü ötən mövsüm “İnter”in heyətində 13 oyun keçirib.

CANLI YAYIM