Paris-2024: Azərbaycan paraatleti yeni dünya rekordu müəyyənləşdirərək qızıl medal qazanıb

3 Sentyabr, 22:22 Sosial mediada paylaşın:
Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında yeni dünya rekordu müəyyənləşdirərək qızıl medal qazanıb.
Təmsilçimiz T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda uğurlu nəticəyə imza atıb.
11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçən L.Vəliyevə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançımız bununla da Rio-2016 Paralimpiadasında 11,79 saniyə nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı (Ukrayna) qabaqlayaraq yeni dünya rekordu müəyyənləşdirib.
Qeyd edək ki, L.Vəliyeva Tokio-2020-də 400 metr məsafəyə qaçışda qızıl medal qazanmışdı.
Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

CANLI YAYIM