Azərbaycan idmançıları Paris Olimpiadasına hazırdır!

26 İyul, 11:00 Sosial mediada paylaşın:
Bu gün Paris Yay Olimpiya Oyunlarının rəsmi açılışı olacaq.  Senna çayının sahilində təşkil olunacaq mərasim Bakı vaxtilə saat 21-30-da başlayacaq. Olimpiya hərəkatının ən fəal üzvlərindən olan ölkəmizi 4 illiyin zirvə yarışlarında 48 idmançı təmsil edir. Olimpadalarda yüksək nəticələri ilə seçilən Azərbaycan komandası Fransa paytaxtına da iddialı yollanıb. Atletlərimizin hər biri qələbə qazanmaq əzmindədir. 
Dünyanın idman aləmində öz layiqli yerini tutan Azərbaycan atletləri növbəti sınaq qarşısındadır. İdmançılarımız 4 illiyiin zirvə yarışı olan Paris Yay Olimpiya Oyunlarında mübarizə aparacaq. Bu, müstəqil Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarında 8 çıxışı olacaq. Düzdür,  ölkəmiz əvvəl, daha  dəqiq desək  1992-ci ildə Müstəqil Dövlətlər Birliyinin komandasının tərkibində Barselona olimpiyadasında iştirak edib. Həmin vaxt cüdoçumuz Nazim Hüseynov bütün rəqiblərini məğlub edərək olimpiya qızılına sahib olmuşdu.  Elə həmin vaxtdan olimpiyaçılarımız iştirak etdiyi yarışlarda ölkəmizi layiqincə təmsil etməyə davam edirlər.  1996-cı ildə Atlantada keçirilən Yay Olimpia oyunlarından başlayan zəfər yolu, 2000-ci ildə Sidneydə 2 qızıl 1 bürünc medalın, 2004-cü ildə Afinada 1 qızıl 4 bürünc, 2008-ci ildə Pekində 1 qızıl 2 gümüş və 4 bürünc medalın qazanılması ilə müşaiyət olundu. 2012-ci ildə baş tutan London Yay Olimpia oyunlarında böyük nəticə göstərərək tarixi naliyyətə imza atan Azərbaycan, dünyanın bu mötəbər idman yarışından 2 qızıl, 2 gümüş və 6 bürünc medalla ayrıldı. Nəticələrə görə Azərbaycan dünyada 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerdə qərarlaşdı. Bu uğurlar seriyasını Rio da Janeyroda keçirilən yay Olimpia oyunlarında idmançılarımızın uğurlu çıxışları davam etdirdi. Azərbaycan Rio olimpiadasında 17 idman növündə 56 idmançı ilə təmsil olundu və tarixində ilk dəfə olaraq aktivinə 18 medal yazdı. Dünyanı cənginə alan pandemiya səbəbindən Tokio -2020 olimpiya oyunları bir ilç sonra təşkil olundu. Həmin yarışları  komandamız 3 gümüş və 4 bürünc mükafatla başa vurdu.  Yarışların bürünc medalını qazanan  güləşçimiz  Mariya Stadnik Azərbaycan idmanının tarixinə düşdü.  Qadın komandamızın lideri dörd olimpiya medalına sahib olan ilk və yeganə Azərbaycan idmançı oldu. Əlbətdə, qazanılan uğurlu nəticələr,  Azərbaycanın dünyanın idman sferasında fəal mövqeyi ölkə başçısı, Milli Olimipiya Komitəsinin prezidenti İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olur. Hazırda isə atletlərimiz Fransa paytaxtında mübarizəyə başlayır. Bu dəfəki yarış bizim üçün digərlərindən fərqlənir. Beləki, idmançılarımız  ilk dəfə Olimpiadaya suveren, ərazi bütövlüyü bərpa olunmuş ölkənin təmsilçiləri kimi qatılıblar. Bütün bunlar komandamıza əlavə güc və motivasiya verecək.   Azərbaycan Paris 2024-də 48 idmançı ilə təmsil olunur. Atletlərimiz 15 idman növündə yarışacaqlar. Komandamızın bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayevdir. İnanırıq ki, ötən olimpialarada olduğu kimi Paris 2024- də də idmançılarımız yüksək nəticələri xalqımıza qələbə sevinci yaşadacaq.

CANLI YAYIM