Fərqlənən idmançı və məşqçilər təltif olundular

9 Oktyabr, 11:00 Sosial mediada paylaşın:
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində ölkəmizi nüfuzlu beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
Azərbaycan İdman Akademiyasının akt zalında keçirilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Ardınca nazir Fərid Qayıbov Paris Yay Paralimpiya Oyunlarında yüksək nailiyyətlərə görə dövlət başçısı tərəfindən təltif edilmiş paralimpiyaçılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 1-ci dərəcəli, 2-ci dərəcəli və 3-cü dərəcəli "Vətənə xidmətə görə", eyni zamanda 1-ci dərəcəli, 2-ci dərəcəli və 3-cü dərəcəli “Əmək” ordenləri və "Tərəqqi" medallarını təqdim edib.  Sonra Nazir beynəlxalq yarışlarda nailiyyət qazanan idmançıları təbrik edərək ötən ayın yeniliklərlə, tarixi ilklərlə zəngin ay olduğunu qeyd edib və idmançılara yeni uğurlar arzulayıb. Yarışlarda idmançıların qələbələrini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən idmançılar yarışlar və qazandıqları qələbələr barədə məlumat veriblər.

CANLI YAYIM